logo

Bakıda paracüdo üzrə dünya çempionatı start götürür

09:13 08-11-2022 | icon 2380
Bakıda paracüdo üzrə dünya çempionatı start götürür

Bu gün Bakıda paracüdo üzrə dünya çempionatına start veriləcək.

YeniAvropa xəbər verir ki, noyabrın 10-dək davam edəcək çempionatda 41 ölkədən paracüdoçular tatami üzərinə çıxacaqlar.

Heydər Əliyev İdman Konsert Kompleksində təşkil olunacaq çempionatda ölkəmizi 13 cüdoçu - İsmayıl Muradov (60 kq J1), Amil Əliyev (73 kq J1), Hüseyn Rəhimli (73 kq J2), Namiq Abaslı (73 kq J2), Zakir Mislimov (90 kq J1), İlham Zəkiyev (+90 kq J1), Kənan Abdullaxanlı (+90 kq J2), Əsma İbrahimova (48 kq J2), Şəhanə Hacıyeva (48 kq J2), Vəfa Seyidova (57 kq J1), Xanım Hüseynova (70 kq J2), Xatirə İsmiyeva (+70 kq J1) və Dürsədəf Kərimova (+70 kq J2) təmsil edəcək.

Qeyd edək ki, sentyabrda çempionatının loqosu, medalları və maskotu ictimaiyyətə təqdim olunub. Yarışın açılış mərasimi 8 Noyabr - Zəfər Gününə təsadüf etdiyindən, loqoda xarıbülbülün rənglərinə yer verilib. Səkkizguşəli ulduz formasında olan medalların üst tərəfində yarışa ev sahibliyi edəcək ölkənin adı və cüdoçuların fotoları yer alıb. Dünya çempionatının maskotu isə “Yenilməz” adlanır. Maskot Azərbaycan idmançılarının mübarizliyini əks etdirən alovlu oğlanı xatırladır.