logo

Slovakiya–Almaniya oyununu azərbaycanlı hakimlər idarə edəcək

19:48 07-11-2022 | icon 2450
Slovakiya–Almaniya oyununu azərbaycanlı hakimlər idarə edəcək

Futzal üzrə FIFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılovdan ibarət hakimlər briqadası beynəlxalq təyinat alıb.

 YeniAvropa Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, hakimlərimiz 2024-cü ildə keçiriləcək dünya çempionatının əsas mərhələsinin 12-ci qrupunda keçiriləcək Slovakiya – Almaniya qarşılaşmasını idarə edəcəklər.

Matç noyabrın 9-da Slovakiyanın Levice şəhərində baş tutacaq. Qarşılaşmanın birinci hakimi H.Qafarlı, ikinci hakimi K.Əmiraslanov, üçüncü hakimi Ə.Cəbrayılov olacaq.