logo

13 boksçumuz Polşaya beynəlxalq turnirə yollanıb

14:14 07-11-2022 | icon 2016
13 boksçumuz Polşaya beynəlxalq turnirə yollanıb

Noyabrın 9-da Polşanın Keltse şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək. 5 gün davam edəcək yarışda Azərbaycan milli komandası 13 idmançı ilə təmsil olunacaq.

YeniAvropa Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, yığmanın məşqçilər korpusu yarışda Məsud Yusifzadə (51 kq), Ruslan Qədirov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Əliyev, Alfonso Dominqes (hər ikisi 86 kq), Rauf Rəhimov (92 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.

Bu gün Polşaya yollanan boksçularımız noyabrın 14-də Vətənə dönəcəklər.

Qeyd edək ki, yarışın püşkü noyabrın 8-də atılacaq.