logo

Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb

09:49 07-11-2022 | icon 1393
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən iki gündə ölkə ərazisində törədilmiş 97 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 68, o cümlədən borclu şəxs qismində axtarılan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə iki nəfər ölüb.

Narkotiklərlə əlaqəli 44, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı dörd fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb.