III Dədə Qorqud Türk Dünyası Film Festivalı gələn il Şuşada keçiriləcək
Türkiyənin Bursa şəhərində keçirilən II Dədə Qorqud Türk Dünyası Film Festivalında Azərbaycan filmləri həm müsabiqə, həm də müsabiqədənkənar proqramlarında yer alıb.
Mədəniyyət Nazirliyindən YeniAvropa-ya bildirilib ki, müsabiqədə iştirak edən filmlərimiz böyük maraqla qarşılanıb.
Festivalın bağlanış mərasimində Azərbaycan mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
Tədbirdə münsiflər heyəti tərəfindən xalq artisti Vaqif Mustafayev “Türk dünyasının ən yaxşı rejissoru” mükafatı ilə təltif edilib. Azərbaycanlı kinorejissor bu mükafata festivalda iştirak edən “Həyat, deyəsən, gözəldir" bədii filminə görə layiq görülüb.
Digər nominasiyalar üzrə qaliblərə də mükafatlar verilib.
Sonra Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənovla Türkiyənin “Bozdağ” film şirkətinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi və “Bozdağ” film şirkətinin iştirakı ilə birgə çəkiləcək, şərti adı “Vətən müharibəsi” olan 8 seriyalı filmlə bağlı müzakirə aparılıb.
Mərasimdə III Dədə Qorqud Türk Dünyası Film Festivalının 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olacaq Şuşa şəhərində keçiriləcəyi elan edilib. Türkiyə Cümhuriyyətinin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy III festivalın simvolunu mədəniyyət naziri A.Kərimova təqdim edib.
Festivalın əhəmiyyətini qeyd edən A.Kərimov layihənin Türk dünyası kinosunun tanınması və təbliğinə, eləcə də bu sahənin inkişafına töhfə verəcəyini vurğulayıb. Nazir bütün iştirakçıları gələn il Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçiriləcək üçüncü festivalda görmək istədiyini də diqqətə çatdırıb.
Sonda Azərbaycanın Xalq artisti Azərin konsert proqramı ilə çıxış edib. Konsert alqışlarla qarşılanıb.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir