logo

İtaliyada helikopter qəzasında 7 nəfər ölüb

11:11 06-11-2022 | icon 2492
İtaliyada helikopter qəzasında 7 nəfər ölüb

İtaliyanın cənub-şərqindəki Puqlia bölgəsində helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.

YeniAvropa xəbər verir ki,  Foggia şəhərindən qalxan və Tremiti adalarına uçuş həyata keçirən “A109” tipli helikopterlə əlaqə kəsilib. Axtarış-xilasetmə işlərinə başlandıqdan sonra təhlükəsizlik qüvvələri Foggia əyalətinin Aprisena şəhəri yaxınlığında helikopterin qalıqlarını aşkarlayıb.

Qəza nəticəsində helikopterdə olan 4 nəfərlik sloveniyalı ailə, italiyalı həkim və 2 ekipaj üzvü həlak olub. İtaliyanın Milli Uçuş Təhlükəsizliyi Agentliyi qəza ilə bağlı araşdırmalara başlayıb.