logo

Qubanın Qrız kəndinə 11 santimetr qar yağıb

10:50 06-11-2022 | icon 1337
Qubanın Qrız kəndinə 11 santimetr qar yağıb

Noyabrın 5-i axşam saatlarından başlayaraq Quba və Qusarın dağlıq yaşayış məntəqələrinə qar yağıb.

YeniAvropa xəbər verir ki,  hava şəraitinin kəskin dəyişməsi nəticəsində temperatur mənfi 6 dərəcəyədək enib.

Ən çox yağıntı Qubanın Qrız kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 11 santimetrə çatıb.