Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda şəxsi heyətin hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində keçirilən “Dəniz Komando Təməl” və "Sualtı hücum xüsusi təyinatlısı" kurslarının növbəti buraxılış mərasimində iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzülərək hörmət və ehtiram nümayiş olunub.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Buraxılış mərasimində çıxış edən müdafiə naziri bu kursların dəniz piyadalarının və xüsusi təyinatlılarının fərdi bacarıqlarının inkişaf etdirilməsinə müsbət təsir göstərdiyini qeyd edib, Vətən müharibəsindən sonra aparılan yeni islahatların peşəkar Ordunun formalaşmasına səbəb olduğunu vurğulayıb. Nazir qarşıdan gələn 8 Noyabr - Zəfər Günü münasibətilə məzunları və bütün şəxsi heyəti təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.
Müdafiə naziri qardaş Türkiyədən olan peşəkar təlimatçıların da cəlb edildiyi kursların yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə türkiyəli zabitlərə və bütün heyətə təşəkkürünü bildirib.
Kurs birinciləri tərəfindən rəmzi yaş kötüyünə emblemlər vurulduqdan sonra məzunlara sertifikatlar təqdim edilib. Fərqlənən bir qrup hərbi qulluqçu və təlimatçı fəxri fərman, qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Müdafiə naziri Türkiyədə təşkil edilən “Dənizdə Qadağa Əməliyyatları” üzrə 2-ci səviyyəli (NEL-2) NATO qiymətləndirməsindən müvəffəqiyyətlə keçən bölmənin komandirinə "Döyüşə hazır" sertifikatını təqdim edib.
Buraxılış mərasiminin rəsmi hissəsi başa çatdıqdan sonra müdafiə naziri dəniz xüsusi təyinatlılarının taktiki-xüsusi məşğələsini, sualtı hücum və sualtı müdafiə bölmələrinin dalğıclarının nümunəvi çıxışlarını izləyib.
Sonra general-polkovnik Z.Həsənov dəniz xüsusi təyinatlıları ilə görüşərək Vətən müharibəsi zamanı onların şücaətinin təqdirəlayiq olduğunu bildirib. Dəniz xüsusi təyinatlılarının göstərdikləri qəhrəmanlıqlara görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin onların hər birinə yüksək dəyər verdiyini xüsusi vurğulayıb.
Sonda müdafiə nazirinə dəniz piyadalarının və xüsusi təyinatlılarının istifadəsində olan müasir silahlar, döyüş və nəqliyyat vasitələri təqdim edilib.
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq
Qırğızıstan prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
Mayın 1-dən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
Çində sayca beşinci “Azərbaycan Ticarət Evi” açılıb
Azərbaycan nefti 89,49 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib