logo

Noyabrın 11-də 111 min 111 ağac əkiləcək

14:54 05-11-2022 | icon 2051
Noyabrın 11-də 111 min 111 ağac əkiləcək

“Gələcəyə nəfəs!” şüarı altında hər il noyabrın 11-də Türkiyədə keçirilən genişmiqyaslı ağacəkmə aksiyasının ölkəmizdə də keçirilməsi ənənəyə çevrilib.

YeniAvropa xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, qardaş Türkiyədə hər il 11-ci ayın 11-ci günündə keçirilən həmin təşəbbüsə ölkəmiz növbəti dəfə də böyük ruh yüksəkliyi ilə qoşulacaq: “Bu il də Türkiyənin bu təşəbbüsünü dəstəkləyərək bütün ölkə ərazisində 111 min 111 ağac əkməklə həmin nəcib aksiyaya töhfə verəcəyik”.

Şöbə müdiri qeyd edib ki, Azərbaycan 2020-ci ildən başlayaraq Türkiyənin “Gələcəyə nəfəs” ağacəkmə təşəbbüsünə qoşulub və ölkənin bütün bölgələrində kütləvi ağacəkmə aksiyaları keçirib: “Bu cür irimiqyaslı aksiyaların keçirilməsi yaşıllıqların genişləndirilməsi ilə yanaşı, iqlim dəyişmələrinin fəsadlarını minimuma endirmək üçün ölkəmizin qoşulduğu təşəbbüslərə dəstəkdir”.