logo

Metropoliten üçün alınan 2 yeni qatar Bakıya gətirilib

13:13 05-11-2022 | icon 2863
Metropoliten üçün alınan 2 yeni qatar Bakıya gətirilib

Bakı Metropoliteninin bu il üçün gətirilməsi nəzərdə tutulan 2 yeni qatar artıq metronun deposundadır.

YeniAvropa xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bununla da Bakı Metropolitenində yeni qatarların sayı 23, vaqonların sayı 115 ədəd olub. Qatarlar sazlama və sınaq işlərindən sonra ilin sonunadək xəttə buraxılacaq.