logo

"Böyük Dəbilqə":Cüdoçularımız ilk yarış günündə 3 medal qazandı

18:38 04-11-2022 | icon 1652
"Böyük Dəbilqə":Cüdoçularımız ilk yarış günündə 3 medal qazandı

Cüdoçularımız  Bakı "Böyük Dəbilqə"sinin ilk yarış günündə 3 medal qazanıblar. 

YeniAvropa xəbər verir ki,  66 kq çəki dərəcəsində yarışan  Orxan Səfərov 3-cü yer uğrunda görüşdə serbiyalı Straxinya Bunçiçə qalib gəlib.

Daha əvvəl 60 kq çəki dərəcəsində 1-ci yer uğrunda qarşılaşmada Balabəy Ağayev ukraynalı Dilşot Kalmatova qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

60 kq çəki dərəcəsində yer alan digər idmançımız Kəramət Hüseynov isə 3-cü yer uğrunda qarşılaşmada ispaniyalı Fransisko Qarriqos ilə görüşüb.

Rəqibinə ipponla qalib gələn K.Hüseynov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.