logo

İndiyədək "Bakı-Tbilisi-Ceyhan" kəməri ilə 524 milyon tondan çox neft nəql edilib

16:30 04-11-2022 | icon 2373
İndiyədək "Bakı-Tbilisi-Ceyhan" kəməri ilə 524 milyon tondan çox neft nəql edilib

Cari ilin ilk üç rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təxminən 74 milyon dollar, əsaslı xərclərə isə 17 milyon dollar vəsait xərclənib.

YeniAvropa xəbər verir ki, bu barədə "BP"dən bildirilib.Qeyd edilib  ki, 1768 kilometr uzunluğunda olan BTC boru kəməri ilə 2006-cı ilin iyun ayında istismara veriləndən cari ilin üçüncü rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 524 milyon tondan çox (3,93 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5163 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

İlk doqquz ay ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 22 milyon ton (təxminən 164 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 224 tankerə yüklənib və yola salınıb.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri də nəql olunur.