logo

İzmirdəki zəlzələdə 20 binaya zərər dəyib, 3 nəfər yaralanıb

11:01 04-11-2022 | icon 2387
İzmirdəki zəlzələdə 20 binaya zərər dəyib, 3 nəfər yaralanıb

Noyabrın 4-də Türkiyə vaxtı ilə saat 3:29-da İzmir bölgəsində baş verən Rixter cədvəli üzrə 4.9 bal gücündə zəlzələ nəticəsində bəzi binalara zərər dəyib.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

Nazir bildirib ki, artıq iyirmiyədək binada çatların əmələ gəldiyi aşkarlanıb. Araşdırmalar davam edir.

Digər bir məlumata görə, yeraltı təkandan qorxaraq özünü yuxarıdan tullayan 3 nəfər yaralanıb.