logo

"Qarabağ" mübarizəni UEFA Konfrans Liqasında davam etdirəcək

23:48 03-11-2022 | icon 2408
"Qarabağ" mübarizəni UEFA Konfrans Liqasında davam etdirəcək

Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasında mübarizəni dayandırıb.

YeniAvropa xəbər verir ki, turnirin qrup mərhələsinin altıncı turu çərçivəsində keçirilən Azərbaycan çempionu Almaniyanın “Frayburq” komandasını qəbul edib.

“Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Riçard Almeyda, Marko Yankoviç, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Kadi Borges, Marko Veşoviç, Elvin Cəfərquliyev, Ramil Şeydayev və Kevin Medina yer alıblar.

“Frayburq”un heyətində meydana Noah Atubolu, Uqo Sike, Lukas Höler, Yannik Kaytel, Nils Petersen, Kevin Şade, Robert Vaqner, Kiliann Sildillia, Kristian Günter, Keven Şlotterbek və Noah Veybhaupt çıxıblar.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matç 1:1 hesabı ilə başa çatıb. Azərbaycan çempionunun heyətində Kvabena Ovusu fərqlənib. Rəqib komandanın qolunu isə Nils Petersen vurub.

Matçın 62-ci dəqiqəsində “Qarabağ” klubunun futbolçusu Kevin Medina birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub və Ağdam təmsilçisi azlıqda qalıb.

Qrupun digər oyununda "Olimpiakos" Yunanıstanda Fransanın "Nant" klubuna 0:2 hesabı ilə məğlub olub.

Hesabında 14 xal olan "Frayburq" və 9 xalla “Nant” turnirin səkkizdəbir final mərhələsinə adlayıblar. “Qarabağ” 7 xalla qrupu üçüncü pillədə başa vurub. Təmsilçimiz mübarizəni UEFA Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək.