logo

UEFA Avropa Liqası: "Qarabağ" və “Frayburq”un start heyətləri açıqlanıb

20:58 03-11-2022 | icon 1743
UEFA Avropa Liqası: "Qarabağ" və “Frayburq”un start heyətləri açıqlanıb

Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin altıncı turu çərçivəsində üz-üzə gələcək "Qarabağ" və Almaniyanın “Frayburq” komandalarının start heyətləri açıqlanıb.

YeniAvropa xəbər verir ki, “Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Riçard Almeyda, Marko Yankoviç, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Kadi Borges, Marko Veşoviç, Elvin Cəfərquliyev, Ramil Şeydayev və Kevin Medina yer alıblar.

“Frayburq”un heyətində meydana Noah Atubolu, Uqo Sike, Lukas Höler, Yannik Kaytel, Nils Petersen, Kevin Şade, Robert Vaqner, Kiliann Sildillia, Kristian Günter, Keven Şlotterbek və Noah Veybhaupt çıxacaqlar.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.