logo

“Caspian Plaza” biznes mərkəzində baş verən yanğın söndürülüb

14:07 31-07-2018 | icon 3626
“Caspian Plaza” biznes mərkəzində baş verən yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyi “Caspian Plaza” biznes mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən YeniAvropa-ya  bildiriblər ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Caspian Plaza” biznes mərkəzinin 8-ci mərtəbəsində 30 qoruyucu açar və 8 poqonometr elektrik naqilləri yanıb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Alov yanğın bölmələri çatana kimi söndürülüb.