logo

Gənc Sahibkarların III Forumu keçiriləcək

11:33 03-11-2022 | icon 1834
Gənc Sahibkarların III Forumu keçiriləcək

Gənclər və İdman Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Gənclər Fondunun birgə təşkilatçılığı ilə noyabrın 22-də Tovuz rayonunda Gənc Sahibkarların III Forumu keçiriləcək.

KOBİA-dan YeniAvropa-ya bildirilib ki, forumun məqsədi gənc sahibkarları mövcud dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırmaq, yeni imkanlar və çağırışlar barədə fikir və təkliflərin müzakirəsidir. Forumda iştirak etmək istəyənlər noyabrın 10-dək https://forms.gle/QUrLMpBcypmikXmH6 linkində göstərilən anket-formanı doldurmaqla qeydiyyatdan keçə bilərlər.