logo

Polşa Rusiyanın Kalininqrad vilayəti ilə yeni üçqat sərhəd tikir

09:59 03-11-2022 | icon 2408
Polşa Rusiyanın Kalininqrad vilayəti ilə yeni üçqat sərhəd tikir

Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə baryerlər inşa edir.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə hökumətin qərarını  Polşanın müdafiə naziri Mariuş Blaşak ötən gün keçirdiyi mətbuat konfransında  açıqlayıb. 

Onun sözlərinə görə, Nazirlər Kabinetinin təhlükəsizlik və müdafiə komitəsinin iclasında Müdafiə Nazirliyinə sərhəd zolağında müvəqqəti baryer tikintisinə dair müvafiq tapşırıq verilib və tikintiyə dərhal başlanılıb.

Nazir qeyd edib ki, bu addımın atılmasına səbəb Yaxın Şərq və Şimali Afrikadan Kalininqrada uçuşların başlaması və ölkənin milli təhlükəsizliyinin gücləndirilməsinə yaranan tələbatdır. Baryer Polşa-Belarus sərhədində olduğu kimi, üçcərgəli tikanlı məftillərdən ibarət hasar formasında tikiləcək.

M.Blaşak əlavə edib ki, ötən ilin təcrübəsi Polşa sərhədinə hibrid hücumların qarşısının alınmasında sərhəd baryerlərinin effektini nümayiş etdirib.