logo

“Frayburq”un 600 azərkeşi

“Qarabağ”la oyunu izləməyə gəlir

14:34 02-11-2022 | icon 1659
“Frayburq”un 600 azərkeşi
“Qarabağ”la oyunu izləməyə gəlir

Futbol üzrə UEFA Avropa Liqası turnirinin qrup mərhələsinin növbəti turu çərçivəsində paytaxtımızda keçiriləcək “Qarabağ”- “Frayburq” (Almaniya) oyununu altı yüzə yaxın qonaq azarkeş dəstəkləyəcək.

YeniAvropa xəbər verir ki, bu barədə “Frayburq” futbol klubunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, onlar Bakıya oyun günü yola düşəcəklər.

Qeyd edək ki, matç noyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.