logo

Tbilisidə Azərbaycan-Yaponiya-Gürcüstan biznes forumu keçirilib

11:33 01-11-2022 | icon 1918
Tbilisidə Azərbaycan-Yaponiya-Gürcüstan biznes forumu keçirilib

Tbilisidə Azərbaycan-Yaponiya-Gürcüstan biznes forumu keçirilib.

YeniAvropa xəbər verir ki, tədbirdə Azərbaycan, Yaponiya, Gürcüstan və Türkiyədən olan iş adamları, eləcə də Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanov, qurumun üzvləri, Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Sərxan İsmayılov iştirak ediblər.

Biznes Forumda Cənubi Qafqaz regionunda biznes imkanları, investisiya mühiti, enerji və nəqliyyat dəhlizlərinin imkanları və digər məsələlər müzakirə olunub.

AZPROMO -nun nümayəndəsi Zaur Qədirov tədbirdə çıxış edərək, Azərbaycanın əlverişli biznes və investisiya mühiti barədə ətraflı məlumat verib.

Tədbir çərçivəsində keçirilən görüşlərdə AZEBİ və AZPROMO- nun fəaliyyəti, məqsəd və məramı barədə məlumat verilib.