logo

Bakı “Böyük dəbilqə”si  üçün millimizin yeni heyəti açıqlanıb

11:11 01-11-2022 | icon 1708
Bakı “Böyük dəbilqə”si  üçün millimizin yeni heyəti açıqlanıb

Noyabrın 4-6-da Bakıda keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirində yarışacaq millimizin heyətində dəyişiklik olub.

YeniAvropa Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, turnirdə 90 kiloqram və 100 kiloqramdan yuxarı çəki dərəcələrində çıxışı planlaşdırılan Vüqar Talıbov və Uşanqi Kokauri zədəli olduqları üçün yığmanın baş həkminin təqdimatı, performans direktor və məşqçilər heyətinin qərarı ilə millinin heyətindən çıxarılıblar.

V.Talıbov və U.Kokaurinin müalicələri davam etdirilir və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.

Onları oktyabrın 15-də “Böyük dəbilqə” turnirinə seçim xarakterli turnirdə 90 kiloqram çəki dərəcəsində ikinci olmuş Nihad Şıxəlizadə və 100 kiloqramdan yuxarı çəki dərəcəsində üçüncü olmuş İbrahimxəlil Ömərov əvəz edəcəklər.