logo

UEFA Avropa Liqasında beşinci tura yekun vurulub

09:09 28-10-2022 | icon 2296
UEFA Avropa Liqasında beşinci tura yekun vurulub

UEFA Avropa Liqasında beşinci tura yekun vurulub.

YeniAvropa xəbər verir ki,  C, E, F, G və H qruplarında növbəti oyunlar keçirilib.

G qrupunda mübarizə aparan Ağdamın “Qarabağ” klubu Fransada “Nant”ın qonağı olub. Görüş “Nant”ın 2:1 hesablı qələbəsi ilə bitib.

B qrupunda mübarizə aparan Türkiyənin "Fənərbağça" klubu isə "Renn" (Fransa) ilə oyunda heç-heçə edib - 3:3.

Günün nəticələri aşağıdakılardır:

UEFA Avropa Liqası

Qrup mərhələsi, IV tur

A qrupu

PSV (Niderland) - "Arsenal" (İngiltərə) - 2:0

"Sürix" (İsveçrə) - "Budö Qlimt" (Norveç) - 2:1

Xal durumu: "Arsenal" - 12, PSV - 10, "Budö Qlimt" - 4, "Sürix" – 3

B qrupu

AEK (Larnaka, Kipr) - "Dinamo" (Kiyev, Ukrayna) - 3:3

"Fənərbağça" (Türkiyə) - "Renn" (Fransa) - 3:3

Xal durumu: "Fənərbağça" – 11, "Renn" - 11, AEK – 4, “Dinamo” - 1

C qrupu

"Lüdoqorets" (Bolqarıstan) - "Betis" (İspaniya) - 0:1

HİK (Finlandiya) - "Roma" (İtaliya) – 1:2

Xal durumu: "Betis" - 13, "Lüdoqorets" - 7, "Roma" - 7, HİK - 1

D qrupu

"Malmö" (İsveç) - "Yunion" (Belçika) - 0:2

"Yunion" (Berlin, Almaniya) - "Braqa" (Portuqaliya) - 1:0

Xal durumu: "Yunion" - 13, "Yunion" (Berlin) - 9, "Braqa" - 7, "Malmö" - 0

E qrupu

"Mançester Yunayted" (İngiltərə) - "Şerif" (Moldova) – 3:0

"Omoniya" (Kipr) - "Real Sosyedad" (İspaniya) – 0:2

Xal durumu: "Real Sosyedad" - 15, "Mançester Yunayted" - 12, "Şerif" - 3, "Omoniya" - 0

F qrupu

"Latsio" (İtaliya) - "Midtüllan" (Danimarka) - 2:1

"Şturm" (Avstriya) - "Feyenoord" (Niderland) – 1:0

Xal durumu: "Latsio" - 8, "Şturm" – 8, "Feyenoord" - 5, "Midtüllan" - 5

G qrupu

"Frayburq" (Almaniya) - "Olimpiakos" (Yunanıstan) – 1:1

"Nant" (Fransa) - "Qarabağ" (Azərbaycan) – 2:1

Xal durumu: "Frayburq" - 13, "Qarabağ" - 7, "Nant" - 6, "Olimpiakos" - 2

H qrupu

"Ferentsvaroş" (Macarıstan) - "Monako" (Fransa) – 1:1

"Srvena Zvezda" (Serbiya) - "Trabzonspor" (Türkiyə) – 2:1

Xal durumu: "Ferentsvaroş" - 10, "Monako" - 7, "Trabzonspor" - 6, "Srvena Zvezda" - 6

Qeyd edək ki, turun bütün nəticələrindən sonra Türkiyənin "Fənərbağça", İngiltərənin "Arsenal" və "Mançester Yunayted", Fransanın "Renn", Almaniyanın "Frayburq", İspaniyanın "Betis" və "Real Sosyedad", Niderlandın PSV, Macarıstanın "Ferentsvaroş" və Belçikanın “Yunion” klubları qrupdan çıxmağı təmin ediblər.