logo

UEFA Avropa Liqası: “Nant” və “Qarabağ”ın start heyətləri açıqlanıb

19:59 27-10-2022 | icon 1764
UEFA Avropa Liqası: “Nant” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Fransada UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində üz-üzə gələcək “Nant” və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb.

YeniAvropa xəbər verir ki, “Nant”ın start heyətində Alban Lyafon, Andrey Cirotto, Pedro Çirivelya, Evann Gessan, Samuel Mutussami, Ludovik Blas, Jan-Şarl Kastelletto, Sebastyan Korşya, Kenten Merlen, Mustafa Məhəmməd və Abdul-Kader Bamba yer alıblar.

“Qarabağ”ın heyətində isə meydana Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Riçard Almeyda, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Filip Ozobiç, Kadi Borges, Toral Bayramov, Marko Veşoviç və Kevin Medina çıxacaqlar.

Qeyd edək ki, "Bojuar" stadionunda oynanılacaq "Nant" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.