logo

"Bakı-Naxçıvan" aviareysi AZAL-ın xərclərini ödəmir

16:56 27-10-2022 | icon 2212
"Bakı-Naxçıvan" aviareysi AZAL-ın xərclərini ödəmir

Bakı-Naxçıvan istiqamətində aviabilet üçün ödənilən 60 manat “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) xərclərini ödəmir.

YeniAvropa xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyatla bağlı problemlərin ictimai müzakirəsində deyib.

Onun sözlərinə görə, gün ərzində Bakıdan Naxçıvana 10-dan çox uçuşlar həyata keçirilir: "Xərclərin bir hissəsi dövlət tərəfindən subsidiyalaşdırılır. Nəticə etibarilə, vətəndaşlarımız 60 manat ödəməklə Naxçıvana gedirlər. Lakin çox vaxt AZAL tənqid edilir ki, uçuşlar bu qiymətədir. Halbuki 60-70 manat xərcləri ödəmir".