logo

Bakıda keçiriləcək dünya kuboku yarışına biletlərin 25 faizi artıq satılıb

14:14 27-10-2022 | icon 1806
Bakıda keçiriləcək dünya kuboku yarışına biletlərin 25 faizi artıq satılıb

Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə dünya kuboku yarışına çıxarılmış biletlərin 25 faizi satılıb.

YeniAvropa xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edib ki, hazırda satışda 1100 bilet var. Onlayn satışdan əlavə, şəhərin müxtəlif yerlərindəki satış nöqtələrindən də biletləri əldə etmək mümkündür. Bununla yanaşı, yarışlar davam edən günlərdə sarayın qarşısında da satış məntəqəsi fəaliyyət göstərəcək.

Qeyd edək ki, dünya kuboku yarışı noyabrın 5-6-da təşkil olunacaq.