logo

Bu gündən ali məktəblərə ixtisas seçimi başlayır

10:44 30-07-2018 | icon 3906
Bu gündən ali məktəblərə ixtisas seçimi başlayır

Qəbul imtahanında müvafiq şərtləri ödəyən abituriyentlər üçün bu gündən etibarən ixtisas seçimi başlayır.

YeniAvropa xəbər verir  ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumatda qeyd edilib ki, bu gündən başlayaraq  I, II, III, IV və V ixtisas qrupları üzrə ixtisas seçimi aparılacaq. Abituriyentlərdən ixtisas seçimində xüsusi diqqətli olmaları tələb olunur.

 Qeyd edək ki, ixtisas seçimi 13 avqust tarixinədək davam edəcək.