logo

Rusiya ordusu nüvə silahlarının təlimini keçirir

15:35 26-10-2022 | icon 1925
Rusiya ordusu nüvə silahlarının təlimini keçirir

Rusiya Silahlı Qüvvələri nüvə silahlarının təlimini keçirir.

 YeniAvropa xəbər verir ki, bu barədə "TASS" agentliyi Rusiyanın müdafiə naziri Sergey Şoyquya istinadla məlumat yayıb.

Xəbərdə bildirilir ki, quru, dəniz və hava strateji çəkindirmə qüvvələrinin təlimi Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi altında keçirilir.

Təlimə qanadlı raketləri buraxan uzaqmənzilli "Tu-95MS" təyyarələri də cəlb olunub.

Hərbi komandanlıq və idarəetmə orqanlarının hazırlığı, rəhbər və əməliyyat heyətinin qoşunların idarə olunmasının təşkili üzrə bacarıqları yoxlanılıb. Məlumata görə, Plesetskdən “Yars”, Barents dənizindən “Sineva” ballistik raketi, Kamçatkadakı “Kür” polqonundan qitələrarası ballistik raket buraxılıb.

Xatırladaq ki, S.Şoyqu və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bundan əvvəl ölkələrinin özünümüdafiə üçün bütün silahlardan, o cümlədən nüvə silahından istifadə etmək ehtimalını açıqlayıblar.