logo

Daşkənddə Türk Dövlətləri Təşkilatı nəqliyyat nazirlərinin toplantısı keçiriləcək

14:34 26-10-2022 | icon 1939
Daşkənddə Türk Dövlətləri Təşkilatı nəqliyyat nazirlərinin toplantısı keçiriləcək

Sabah  Özbəkistanın paytaxtı Daşkənddə Türk Dövlətləri Təşkilatına(TDT) üzv ölkələrin nəqliyyat nazirlərinin toplantısı keçiriləcək. 

 YeniAvropa xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ölkəmizi bu toplantıda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov təmsil edəcək.

Qeyd edək ki, tədbirdə təşkilata üzv dövlətlər beynəlxalq yük daşımalarının daha da inkişaf etdirilməsi, regionun tranzit potensialının artırılması, eləcə də alternativ nəqliyyat marşrutlarının inkişafı ilə bağlı məsələləri müzakirə edəcəklər.

Məlumata görə, tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dəmir yolu administrasiyalarının birinci iclası və bu təşkilata üzv dövlətlərin liman rəhbərlərinin beşinci iclası keçiriləcək.

İclasın yekunu olaraq Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında beynəlxalq multimodal daşımalara dair saziş və nəqliyyat sektorunda qarşılıqlı asılılıq proqramı kimi sənədlərin razılaşdırılması gözlənilir.

Qeyd edək ki, iclas oktyabrın 28-nə kimi davam edəcək.