Azərbaycanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 53 053,7 milyon ABŞ dolları təşkil edib.
YeniAvropa xəbər verir ki, bunun 85,5 %-i və yaxud 45 386,4 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 14,5 %-i və yaxud 7 667,3 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 375 milyon dollar və yaxud 0,7 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 79,6 milyon dollar və yaxud 0,2 %, AMB-nin valyuta ehtiyatlarında isə 295,4 milyon dollar və yaxud 4 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 1 793,5 milyon dollar və yaxud 3,5 % artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 1 160 milyon dollar və yaxud 2,6 %, AMB-nin valyuta ehtiyatları isə 633,5 milyon dollar və yaxud 9 % artım nümayiş etdirib.
|
ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları)
|
AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları)
|
Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları)
|
01.10.2022
|
45 386,4
|
7 667,3
|
53 053,7
|
01.07.2022
|
45 306,8
|
7 371,9
|
52 678,7
|
01.04.2022
|
45 264,0
|
7 136,5
|
52 400,5
|
01.01.2022
|
45 025,1
|
7 075,4
|
52 100,5
|
01.10.2021
|
44 226,4
|
7 033,8
|
51 260,2
|