logo

Xəzər dənizi yenə can aldı

18:51 29-07-2018 | icon 3976
Xəzər dənizi yenə can aldı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Sabunçu rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 1 km aralı, nəzarətsiz ərazi) 2 nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

YeniAvropa  Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri 1 nəfəri xilas edib. 1993-cü il təvəllüdlü İsrafilov Ceyhun Musa oğlunun cəsədi isə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.