logo

Ukraynanın ayda 3-5 milyard avro vəsaitə ehtiyacı var-Avropa Komissiyası

16:06 25-10-2022 | icon 1687
Ukraynanın ayda 3-5 milyard avro vəsaitə ehtiyacı var-Avropa Komissiyası

Ukraynanın əməkhaqqı və pensiyalar da daxil olmaqla, büdcə xərclərini ödəmək üçün ayda 3 milyard avrodan 5 milyard avroya qədər vəsaitə ehtiyacı var. Avropa İttifaqı bu məqsədlə 1,5 milyard avro ayırmağa hazırdır. Brüssel vəsaitin qalan hissinin ödənilməsi üçün digər ölkələrdən və maliyyə institutlarından kömək gözləyir.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu barədə Ukraynanın bərpasına dair Berlində keçirilən beynəlxalq donor konfransında çıxışı zamanı bildirib.

“Hərbçilərin və təhlükəsizlik qüvvələrinin, müəllimlərin və həkimlərin maaşlarını, həmçinin təqaüdləri və ölkənin əsas ehtiyaclarını ödəmək üçün Ukraynaya ayda 3 milyard avrodan 5 milyard avroya qədər vəsait lazımdır. Bunun üçün Avropa İttifaqının, ABŞ-ın, tərəfdaşlarımızın və beynəlxalq maliyyə institutlarının yardımına ehtiyac var. Brüssel Ukraynanın 1,5 milyard avro həcmində bir aylıq müharibə xərclərini maliyyələşdirməyə hazırdır ki, bu da 2023-cü ildə təxminən 18 milyard avro təşkil edəcək”, - Ursula fon der Lyayen belə deyib.

Avropa Komissiyasının rəhbəri, həmçinin 2022-ci ildə silah tədarükü nəzərə alınmadan, Brüsselin Ukraynaya 19 milyard avrodan çox yardım ayırdığını xatırladıb.

Həmçinin o, Ukraynanın enerji infrastrukturunun məhv edilməsinə yol verməməyin vacibliyini vurğulayaraq deyib: “Rusiya Ukraynanın infrastruktur obyektlərinə məqsədyönlü zərbələr endirdiyi bir vaxtda bu itkilərin bərpasına ehtiyac duyur. Moskva Kiyevi iflic vəziyyətinə salmağa çalışır, lakin biz buna imkan verməməliyik”.