logo

Bu gün İmişlidə qaz olmayacaq

12:05 25-10-2022 | icon 2072
Bu gün İmişlidə qaz olmayacaq

“İmişli 1 və 2” ölçü qovşağından qidalanan İmişli şəhərini təbii qazla təmin edən orta təzyiqli yeraltı qaz kəməri üzərində quraşdırılan qaz tənzimləyici qurğuda baş vermiş nasazlıqla əlaqədar, İmişli şəhərinin bir hissəsinin qaz təchizatı dayandırılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən bildirilib.

Qeyd edilib ki, günün birinci yarısında təmir işləri başa çatdırılaraq qaz təchizatının bərpası planlaşdırılır.