logo

“Qarabağ” bu gün Fransaya "Nant"la cavab oyununa yollanır

09:58 25-10-2022 | icon 1589
“Qarabağ” bu gün Fransaya "Nant"la cavab oyununa yollanır

UEFA Avropa Liqasının qrup mərhələsində “Nant”la qarşılaşacaq Ağdamın “Qarabağ” klubu oktyabrın 25-də Fransaya yollanacaq.

 YeniAvropa  xəbər verir ki, komandanı aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcək.

Oktyabrın 26-da Bakı vaxtı ilə saat 21:10-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Saat 21:30-da matçın keçiriləcəyi “Beaujoire” stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

“Nant”-“Qarabağ” matçı isə oktyabrın 27-də baş tutacaq.

Xatırlasdaq ki, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”  sentyabrın 15-də Bakıda  Tofiq Bəhramov adına Respublika stadionundə “Nant”ı qəbul edib.

Qurban Qurbanovun komandası görüşdə inamlı qələbə qazanaraq “Nant”ı 3:0 hesabı ilə məğlub edib. Qonaq komandanın qapısından qolları Ovusu Kvabena(59 dəq.) , Abduallah Zubir(65) və  Marko Yankoviç(72) keçiriblər.