logo

İstehlaka yararsız 12 tondan artıq  süd məhsulu məhv edilib

18:18 24-10-2022 | icon 1841
İstehlaka yararsız 12 tondan artıq  süd məhsulu məhv edilib

İstehlaka yararsız 12 ton süd məhsulu məhv edilib.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat veirlib.

Bildirilib ki, istehlaka yararsız və istifadə müddəti bitmiş məhsulların məhv edilməsi ilə bağlı agentliyə daxil olan müraciət əsasında, “AZ FP CO LTD” MMC-yə məxsus 69 adda, 12.311,59 kq müxtəlif növ süd məhsulu “Təmiz Sumqayıt-Kənan” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.