Azərbaycanda yerli və beynəlxalq şirkət rəhbərlərinin zirvə toplantısı keçiriləcək
Noyabrın 15-də Azərbaycanda ilk dəfə yerli və beynəlxalq şirkətlərin baş icraçı direktorlarının, dövlət qurumlarının rəsmilərinin, sahibkarların iştirakı ilə idarəetmə sahəsində dünyada tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və texnologiyanın inkişafı, qabaqcıl təcrübələr barədə dialoqlar, müzakirələr və fikir mübadilələrinin keçirilməsini hədəfləyən “Baku International CEO Summit” tədbiri (zirvə toplantısı) keçiriləcək.
YeniAvropa xəbər verir ki, tədbirin təşkilatçısı Azərbaycan HR İnstitutudur.
"Baku International CEO Summit" Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial iqtisadi-inkişafa dair növbəti illər ərzində reallaşdırılması planlaşdırılan “Milli prioritetlər”dən 1-cisi “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” prioritetinə əsaslanaraq ölkəmizdə korporativ idarəetmənin daha da gücləndirilməsi üçün “Daha yaxşı gələcək naminə” şüarı ilə baş tutacaq.
“Bu tədbiri keçirməkdə məqsədimiz yerli və beynəlxalq şirkət rəhbərləri, dövlət qurumlarının vəzifəli şəxslərinin öz təcrübələrini bir-birləri ilə paylaşmasına imkan yaratmaq, o cümlədən dünyada idarəetmə sahəsində baş verən yenilikləri qlobal şirkət nümayəndələrinin dilindən eşitməkdir. Hazırda yerli və qlobal şirkətlərin rəhbərləri ilə danışıqlarımız davam edir. Onların bu tədbirə maraq göstərməsi və təcrübələrini paylaşmaq istəkləri bizim üçün sevindirici haldır. Tədbir 3 paneldən ibarət olacaq, hər panelin mövzusu 1 moderator və 4 əsas spiker tərəfindən təqdim olunacaq. Panellərdə həm yerli, həm beynəlxalq, həm də dövlət qurumlarının rəhbərləri çıxış edəcəklər. Tədbir iştirakçıları qlobal bazarda idarəetmə trendləri və onun gələcək imkanları, rəqəmsal transformasiya, yeni müştəri portreti və onun davranışları və s. maraq kəsb edən mövzularla bağlı yeni fikir və təcrübələrə sahib olacaqlar", - deyə Azərbaycan HR İnstitutunun direktoru Emil Hüseynov qeyd edib.
“Baku International CEO Summit” tədbirində iştirak etmək üçün biletləri https://ebilet.store/event_BICEO22/ linki vasitəsi ilə qeydiyyatdan keçib əldə etmək olar.
Azərbaycan HR İnstitutu bu il yanvarın 28-də “Baku International HR Forum” tədbiri də keçirib. 6 ölkədən 16 spiker və 300-dən çox iştirakçının qatıldığı forumda İnsan kapitalının inkişafı, gələcək innovasiyalar və idarəetmə panelləri üzrə peşəkar müzakirələr və qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
Milli Məclisin sədri Misirin Nümayəndələr Palatasının sədri ilə görüşüb
Tovuzda ağır avtoqəza: 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Türkiyə millisinin iki voleybolçusu zəlzələdə həlak olub
Kimlərə Azərbaycanda daimi yaşamaq icazəsi veriləcək?
Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsinə gedir
Əcnəbilərin Azərbaycanda daimi yaşaması üçün tələblər sərtləşdirilir
Paytaxt sakini 5 nəfərin bank hesabından 4 min manat oğurlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
FHN-in növbəti xilasetmə qrupu Türkiyəyə yola düşüb
Qaxda 45 sm qar yağıb
Paytaxtda tələbə yataqxanasında qətl törədilib
Azərbaycan XİN Ararat Mirzoyana cavab verib
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 59-cu günü
Türkiyədə zəlzələdən ölənlərin sayı 5400 nəfəri ötüb,31 mindən çox yaralı var
Heydər Əliyev Mərkəzi Türkiyənin Dövlət bayrağı rəngində işıqlandırılıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bir qrup əməkdaşı orden və medallarla təltif edilib
“SOCAR Türkiyə” zəlzələ bölgəsindəki xilasetmə avtomobillərini pulsuz benzinlə təmin edir
Zelenski Ərdoğana zəng edib
Azərbaycan növbəti yardımları və xilasetmə qrupunu Türkiyəyə göndərir
Bu gün Azərbaycanda 298 doza vaksin vurulub
Azərbaycanda daha 21 nəfər koronavirusa yoluxub
SOCAR gözlənilən kəskin hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
Bir qrup QHT sədri Türkiyədəki zəlzələ ilə bağlı qardaş xalqa başsağlığı verib
Tütün məmulatları və alkoqollu içkilərin idxalı və istehsalına dövlət nəzarəti gücləndirilir