logo

Sərbəst güləş millimiz dünya çempionatında doqquzuncu olub

15:55 24-10-2022 | icon 1771
Sərbəst güləş millimiz dünya çempionatında doqquzuncu olub

İspaniyanın Pontevedra şəhərində sərbəst güləş üzrə gənclər arasında (U-23) dünya çempionatı başa çatıb. Azərbaycan millisi 60 xalla komanda hesabında doqquzuncu pillədə qərarlaşıb.

YeniAvropa xəbər verir ki, millimizin üzvlərindən Xadjimurad Qadjiyev (74 kq) gümüş, Kənan Heybətov (70 kq) və İslam İlyasov (97 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, çempionatda Azərbaycanın 7 sərbəst güləşçisi medallar uğrunda mübarizə aparıb.

Komanda hesabında ilk üçlükdə Gürcüstan (141 xal), İran (134) və ABŞ (112) yer alıblar.