logo

Rusiya sabahdan ölkəyə gələnlər üçün COVİD-19 testini ləğv edir

22:44 20-10-2022 | icon 2128
Rusiya sabahdan ölkəyə gələnlər üçün COVİD-19 testini ləğv edir

Rusiyada xaricdən gələnlər üçün koronavirus testi ləğv olunur.

YeniAvropa xəbər verir ki, Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyinin (Rospotrebnadzor) göstərişi ilə oktyabrın 21-dən ölkəyə gələn əcnəbilər koronavirus testi verməyə bilərlər. İndi Rusiya ərazisinə gələn hər bir əcnəbinin təqdim olunan anketi doldurması kifayətdir.

Karonavirusdan peyvənd olunmamış rusiyalılar üçün də COVID-19 testi ləğv edilib. İndiyədək COVID-19 pasportu olmayan rusiyalılar vətənə qayıtdıqdan sonra 3 gün ərzində test verməli olurdular.