logo

Böyük Britaniyanın baş naziri 45 gün sonra istefa verib

16:16 20-10-2022 | icon 2023
Böyük Britaniyanın baş naziri 45 gün sonra istefa verib

Böyük Britaniyanın baş naziri Liz Trass istefa verib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, son günlər onun istefasını istəyən deputatların sayı durmadan artırdı. Buna baş nazir Liz Trass və  ölkənin maliyyə nazirinin iqtisadi çaxnaşmaya səbəb olan mini-büdcə elanı olub.

Maliyyə naziri Kvasi Kvartenq ən böyük vergi endirimi paketini elan etdikdən sonra Böyük Britaniya iqtisadiyyatı böyük təlatümlərə məruz qalıb və funt sterlinq ABŞ dolları qarşısında rekord səviyyədə ucuzlaşıb. 

Qeyd edək ki, Liz Trass 45 gün əvvəl bu vəzifəyə seçilmişdi.