logo

Bu gün paytaxtın bəzi ərazilərində qaz olmayacaq

11:55 20-10-2022 | icon 1848
Bu gün paytaxtın bəzi ərazilərində qaz olmayacaq

“Qaz İxrac” İdarəsinə məxsus “Novxanı-Xırdalan” yüksək təzyiqli magistral qaz kəməri ilə “Novxanı QPS qolu” qaz kəməri arasında əlaqələndirici xəttin qaz nəqli sisteminə birləşdirilməsi ilə bağlı, bu gün saat 09:00-dan işlər başa çatanadək “Novxanı” QPS-dən qidalanan “Abşeron (Novxanı)”, “Binəqədi (Novxanı QRS)” və 20 nömrəli “SOCAR PETROLEUM” QSC-yə məxsus YDM ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İB-dən YeniAvropa-ya bildirilib ki, təmir müddətində Abşeron rayonunun Novxanı kəndinin və Bağlar massivinin, Binəqədi rayonunun Binəqədi kəndinin, 1-ci, 2-ci və 3-cü Mədən ərazilərinin, Gülüstan yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq