logo

Rusiyada miqrasiya qaydalarını sərtləşdirir

09:09 20-10-2022 | icon 2303
Rusiyada miqrasiya qaydalarını sərtləşdirir

Rusiyada miqrasiya qaydalarının sərtləşdiriləcəyi gözlənilir.

 YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, şuranın ötən gün keçirilən iclasında miqrasiya prosesləri ilə bağlı məsələlər müzakirə olunub.

N.Patruşevin sözlərinə görə, miqrantların sıx yaşadıqları ərazilərdə genişmiqyaslı yoxlama tədbirləri keçirilməsi nəzərdə tutulub. Bundan başqa, qanunvericiliyə miqrasiyaya, eləcə də əcnəbi vətəndaşların qeydiyyat qaydalarını pozmasına görə məsuliyyətinə nəzarətin sərtləşdirilməsinə dair dəyişikliklər ediləcək.

Təhlükəsizlik Şurasının katibi güc strukturlarına beynəlxalq terror və ekstremist təşkilatlarının üzvlərini tapıb üzə çıxarmaq barədə tapşırıq verildiyini də vurğulayıb.