logo

Putin Donetsk, Luqansk, Xerson və Zaporojyedə hərbi vəziyyət elan edib

17:17 19-10-2022 | icon 5642
Putin Donetsk, Luqansk, Xerson və Zaporojyedə hərbi vəziyyət elan edib

Rusiya prezidenti Vladimir Putin Donetsk, Luqansk, Xerson və Zaporojyedə hərbi vəziyyət elan olunması barədə fərman imzalayıb.

YeniAvropa xəbər verir ki, V.Putin Təhlükəsizlik Şurasının iclasında Donetsk, Luqansk, Xerson və Zaporojyedə hərbi vəziyyət elan olunması barədə fərman imzaladığını bildirib. Rusiya Federasiya Şurasının fərmanı qısa müddətdə müzakirə edəcəyi bildirilir.

Bundan əlavə, V.Putin regionlarda təhlükəsizliyin qorunması üçün qubernatorlara xüsusi səlahiyyətlər verilməsi və əlaqələndirmə komitəsinin yaradılması barədə tapşırıq verib. O, həmçinin Rusiya hökumətinin sədri Mixail Mişustinin rəhbərliyi ilə Ukraynada xüsusi əməliyyatla bağlı məsələlərin həlli üçün əlaqələndirmə şurası yaradılacağını bildirib.