logo

Azərbaycanda tələbə 4 ildə 4 dəfə ali məktəb dəyişib

11:33 19-10-2022 | icon 11844
Azərbaycanda tələbə 4 ildə 4 dəfə ali məktəb dəyişib

Azərbaycanda elə tələbə var ki, artıq 4 dəfə köçürülüb.Bəzən olur ki, tələbə valideynin israrı ilə ixtisas seçib, lakin 1 il və ya 6 ay oxuyandan sonra qərar qəbul edir ki, ixtisasımı dəyişməliyəm. 

YeniAvropa xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm və ali təhsil şöbəsinin müdiri Yaqub Piriyev parlametdə “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

Nazirlik rəsmisi qeyd edib ki, bakalavriat səviyyəsi üzrə tələbələrin köçürülməsi ilə bağlı boşluqlar “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində nəzərə alınacaq: "Etiraf edim ki, magistratura və doktorantura səviyyəsi üzrə köçürülmə məsələsindəki problemlərlə bağlı bizə çox sayda müraciət olur”.

Yaqub Piriyev daha sonra deyib ki,  3000 tələbə köçrülməsi üçün edilən müraciətdən 500-ü geri qayıdıb.