logo

Rusiyada hərbi təyyarə yaşayış binasının həyətinə düşüb

20:40 17-10-2022 | icon 1736
Rusiyada hərbi təyyarə yaşayış binasının həyətinə düşüb

Rusiyanın Krasnodar vilayətinin Yoysk şəhərində hərbi təyyarə yaşayış binasının həyətinə düşüb.

YeniAvropa xəbər verir ki, “Su-34” təyyarəsi Yoysk şəhərinin Kommunist küçəsində yaşayış binasının həyətinə düşdükdən sonra yanğın baş verib. Yanğın 9 mərtəbəli binaya keçib.

Pilotun katapult edərək xilas olduğu bildirilir.

Rusiya FHN yanğın nəticəsində iki nəfərin həlak olduğunu, 15 nəfərin yaralandığını bildirib.

Yanğın binanın 17 mənzilini bürüyüb.