logo

ABŞ Rusiyanın Ukraynada nüvə silahından istifadəsinə dərhal cavab verəcək-Ağ ev

09:01 17-10-2022 | icon 2240
ABŞ Rusiyanın Ukraynada nüvə silahından istifadəsinə dərhal cavab verəcək-Ağ ev

“Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsi halında ABŞ-ın cavabı onun hansı miqyasda olacağından asılı olmayacaq”.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib.

Onun sözlərinə görə, ABŞ Ukraynadakı döyüş meydanında nüvə silahından istifadənin qiymətləndirilməsində qradasiyalar etmək niyyətində deyil, hətta bu, taktiki xarakter daşısa belə.