logo

Ərdoğan Bartında qəza olan mədənə baş çəkib

16:56 15-10-2022 | icon 1883
Ərdoğan Bartında qəza olan mədənə baş çəkib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bartın vilayətinin Amasra rayonunda partlayış baş verən mədənə - fövqəladə vəziyyət rayonuna baş çəkib.

YeniAvropa xəbər verir ki, burada qurulan böhran idarəetmə mərkəzində dövlət başçısına partlayışın səbəbləri barədə məlumat verilib.

Bildirilib ki, mədəndə ümumilikdə 110 işçi olub ki, onların da 49-u riskli bölgələrdə yerləşib. Axtarış-xilasetmə işləri nəticəsində 58 nəfər qurtarılıb, 41 nəfər dünyasını dəyişib.

Jurnalistlər qarşısında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaşanan insan fəlakətinə görə xalqa başsağlığı verib, yaralılara şəfa diləyib. Prezident əminliklə bildirib ki, dünyasını dəyişən mədənçilərin ailələri dövlətin qayğısında olacaq.

Xəstəxanalara yerləşdirilənlərin müalicəsi davam edir.

Qeyd edək ki, partlayışla bağlı cinayət işi açılıb, tədqiqat aparılır.