logo

Türkiyədə mədəndəki partlayışda ölü sayı 40-a çatıb

12:52 15-10-2022 | icon 1827
Türkiyədə mədəndəki partlayışda ölü sayı 40-a çatıb

Türkiyənin Bartın vilayətində yerləşən daş-kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 40-a yüksəlib.

YeniAvropa xəbər verir ki, bölgədə olan Türkiyənin daxili işlər naziri Süleyman Soylu, enerji və təbii sərvətlər naziri Fatih Dönmez və əmək və sosial müdafiə naziri Vedat Bilgin hadisə ilə bağlı açıqlama veriblər.

Bildirilib ki, hadisə baş verdiyi andan bəri 300-350 metr dərinlikdə böyük səfərbərlik edilib və xilasetmə işləri üçün böyük səylər göstərilir. Səhər saat 07:30-a olan məlumata görə, gecə 26 ölü elan edildikdən sonra daha 14 nəfərə çata bildik. Yəni, indiyə olan məlumata görə, ölü sayı 40-a yüksəlib. Yerin altında qalan 110 mədən işçimizdən 58-i çıxarılıb. Axtarış-xilasetmə işləri davam edir. Hazırda xəstəxanalarda 11 nəfərin müalicəsi davam edir.

Xatırladaq ki, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın bölgəyə gedəcəyi gözlənilir.