logo

Türkiyədə mədəndə partlama:12 işçi yaralı halda xilas edilib

22:11 14-10-2022 | icon 1743
Türkiyədə mədəndə partlama:12 işçi yaralı halda xilas edilib

Türkiyənin Bartın vilayətində yerləşən partlayış baş vermiş daş-kömür mədənində həyata keçirilən axtarış-xilasetmə işləri nəticəsində 12 nəfər xəsarət almış işçi xilas edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Bartın valisi Nurtaç Aslan məlumat verib.

Digər bir ilkin versiya məlumatına görə, partlayış mədəndəki elektrik transformatorda yaranıb.

Xilas edilənlər dərhal xəstəxanalara daşınıblar.

Axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, hadisə Bartının Amasra rayonunda yerli vaxta 18:45-də meydana gəlib.

Bölgəyə çoxlu sayda təcili yardım maşınları göndərilib.

Yerin altında çoxlu sayda fəhlələrin olduğu bildirilir.