logo

Sabah Bakıda 22° isti olacaq

12:42 14-10-2022 | icon 1428
Sabah Bakıda 22° isti olacaq

Azərbaycanda oktyabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə Abşeron yarımadasının şimalında qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17°, gündüz 20-23° isti, Bakıda gecə 15-17°, gündüz 20-22° isti olacaq.

Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 12-16°, gündüz 17-22° isti, dağlarda gecə 1-6°, gündüz 6-9° isti olacağı ehtimal edilir.