logo

Bakıda ticarət obyektindəki yanğın söndürülüb

12:21 14-10-2022 | icon 7343
Bakıda ticarət obyektindəki yanğın söndürülüb

Paytaxtın  Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən ikimərtəbəli obyektdə baş vermiş yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin(FHN) Nərimanov və Binəqədi rayon yanğından mühafizə bölmələrinin 16 texnikası və 80 nəfərə yaxın canlı qüvvəsi hadisə yerinə cəlb olunub. 

YeniAvropa xəbər verir ki, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Əkbər Novruzov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yanğın 18 dəqiqəyə söndürülüb: "İki mərtəbəli obyektin birinci mərtəbəsi quru meyvələr satışı bazası, ikinci mərtəbəsi isə restoran kimi fəaliyyət göstərib. Restoran hissəsi təxminən 240 kvadratmetr sahədə yanıb. Obyektin birinci mərtəbəsi və qonşu obyektlər yanğından mühafizə olunub. Məhsullar xilasedicilər tərəfindən təhlükəsiz yerə təxliyə olunub. Yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub".

Rəis müavini bildirib ki, hadisə zamanı xəsarət alan olmayıb: "Yanğının səbəbləri araşdırılır".