logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb

10:30 14-10-2022 | icon 1456
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 86 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə 75 nəfər,o cümlədən borclu şəxs qismində axtarılan 51 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı bir fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.